ATV ekranlarında yayımlanan "Kim milyoner olmaq ister" serialının 1 milyon TL mükafatı 5 milyon TL-yə yüksəldilib.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, müsabiqənin yeni pul ağacında birinci hədd sualı 5 min TL, ikinci hədd sualı isə 100 min TL-dir.
Sualların sayı isə 12-dən 13-ə yüksəldilib.
Qeyd edək ki, sonuncu dəfə Rabia Birsen Göyercin adlı gənc qadın bütün sualları doğru cavablandıraraq 1 milyon TL qazanıb.
Nuranə Abbasova