Rusiyanın Əməkdar artisti Ramilya İsgəndər külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvada evinə baxış keçirildikdən sonra Ramilyanın üzərindən iki kiloqram mefedron və bir doza kokain aşkar edilib. 

Bundan başqa, Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının axtarışları zamanı 46 yaşlı aktrisanın avtomobilinin qapısının üzlüyünün altından çəkisi 1966 qram olan iki bağlama aşkar edilib. Ekspertiza zamanı bağlamanın içərisində mefedron olduğu müəyyən olunub.

Saxlanılan  Ramilya barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin 5-ci hissəsi (xüsusən külli miqdarda narkotik vasitələrin istehsalı, satışı və ya ötürülməsi) ilə cinayət işi başlanıb.