Sentyabrın 13-də ölkənin daxili işlərinə qarışmaqda şübhəli bilinərək Moldovadan qovulan “Sputnik Moldova”nın rəhbəri Vitali Denisov yüksək rütbəli rus zabitidir.

"Unikal" xəbər verir ki, bu barədə  “The Insider” məlumat yayıb. 

Bildirilir ki, Denisov Rusiyada 72-ci Xüsusi Xidmət Mərkəzinin (QRU 54777 saylı hərbi hissəsi) əməkdaşıdır. Bu struktur informasiya inyeksiyası və xarici auditoriyaya dezinformasiya verilməsi ilə məşğuldur.

O, 1967-ci ildə Zakarpatya vilayətində ( Ukraynanın qərbində yerləşən vilayət. - red) anadan olub və məktəbi bitirdikdən sonra siyasi əməliyyatçılar və hərbi jurnalistlərin hazırlandığı Lvov Ali Hərbi-Siyasi Kollecinə daxil olub.

1992-ci ildə Moskvaya köçüb. Orada onu QRU-nun qərargahının yaxınlığındakı zabit yataqxanasına yerləşdiriblər.

“The Insider” yazır ki, Denisov Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Çervona Zirka” qəzetində çalışıb, burada əsasən desant qüvvələrinin fəaliyyətini işıqlandırıb.   2005-ci ildə o, Moskvada idarə mənzili və AA 0014839 saylı başqa zabit vəsiqəsi alıb.

 2013-cü ildə Denisov Moskva vilayətinin Baş İstintaq İdarəsində işləyib. 

Denisov istintaq komitəsindən 72-ci Xüsusi Xidmət Mərkəzinə köçürülüb. 2016-cı ildə ƏDV polkovniki adına layiq görülüb, 2019-cu ildə isə "Sputnik"in Cənubi Osetiya üzrə baş redaktoru vəzifəsinə təyin edilib. Bundan sonra o, Bakıda radiostansiyaya rəhbərlik edib və 2022-ci ildə Kişinyova köçüb.

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də Moldova “Sputnik Moldova”nın rəhbəri Vitali Denisovu ölkənin işlərinə qarışdığına görə ölkədən çıxarıb.

Gülayə Mecid