Mərhum aktyor Zeki Alasyanın həyat yoldaşı aktrisa Oya Alasya vəfat edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun qızı Zeynep məlumat yayıb. Aktrisa 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Oya "Köyden indim şehire, "Salak milyoner", "Sev kardeşim", "Kapıcının kızı", "Üç gelin altı damat", "Tamam mı, devam mı?" kimi filmlərdə rol alıb. O, Zeki Alasya ilə 18 il ailəli olub. Bu evlilikdən onların Zeynep adlı qızı dünyaya gəlib.