"Ermənistan tərəfindən 3890 nəfər itkindən sadəcə 120 nəfər şəxsin meyit qalıqları Azərbaycan tərəfinə təhvil verilib".

"Unikal" verir ki, bunu Azərbaycanınbaş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, indiyədək Ermənistan 3890 nəfər itkindən sadəcə 120 şəxsin meyit qalıqlarını Azərbaycana təhvil verib: “Hesab edirəm ki, konfransdakı müzakirələr itkin düşmüş şəxslərin meyitlərinin qalıqlarının tapılması ilə əlaqədar işlərə təkan verəcək”.

X.Vəliyev qeyd edib ki, itkin düşmüş şəxslərin taleyi daim dövlət başçısının diqqət mərkəzində olub: “Bununla əlaqədar 44 günlük Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Hərbi Prokurorluğun birgə fəaliyyəti nəticəsində əsir və girovgötürmə, işgəncə kimi hallarla əlaqədar çoxsaylı cinayət işləri açılıb. Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb".