BMT Baş Katibinin Qlobal Kommunikasiyalar üzrə müavini Melissa Fleminq Nyu-Yorkda qəzaya düşüb.

“Unikal” xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb. Fleminq BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi ərəfəsində sürücünün işıqforun qırmızı işığında keçməsi səbəbindən qəzaya uğradığını bildirib.

"BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən həftəsi səbəbindən yollarda xaos yaranıb. Mən həmişə velosiped istifadə edirəm, amma bu gün sürət həddini aşan və qırmızı işıqda keçən avtomobillə qəza keçirdim. Bəxtim gətirdi ki, yalnız kəsiklər və qançırlar yarandı”, - BMT rəsmisi yazıb.  

Nuranə Abbasova