"Qoy ruslar desinlər ki, 9 noyabr müqaviləsi etibarsızdır və Qarabağı tərk etsinlər". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan deyib. 

O, həmçinin sülhməramlıların bölgədən çıxarılmasını tələb edib: "Əgər deyirlərsə ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, onda onların Azərbaycanda nə işi var? Azərbaycanlılar onlardan qalmağı xahiş edirlər?"

Siyasətçi qeyd edib ki, rusların məqsədi Ermənistanı ittifaq dövləti etməkdir: "Onların sevimlisi Köçəryan dövlət çevrilişi etsə, xarici dünya onu legitim saymayacaq və onunla danışıqlar aparmayacaq. Onlar Paşinyanı Ermənistanın legitim lideri kimi tanıyırlar". 

Ağarza Elçinoğlu