G7 ölkələri hesab edir ki, Ukrayna münaqişəsi daha 6-7 il davam edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg blokdakı Avropa ölkələrindən birinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb .

“Birləşmiş Ştatlar və onun G7 müttəfiqləri indi Ukraynadakı münaqişənin  illərlə uzana biləcəyini gözləyirlər və bu imkanı öz hərbi və maliyyə planlarına daxil edirlər. Münaqişə daha altı və ya yeddi il davam edə bilər”, - nəşr yazır.

Sentyabrın 19-da NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, o , Ukrayna münaqişəsinin bitmə vaxtını proqnozlaşdıra bilməz .