Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı yayılan dezinformasiyanı qəti surətdə təkzib edirik.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Silahlı Qüvvələrimiz yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir.