Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələrinin hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətində mühəndis vəzifəsində çalışan Fərhadov Vidadi Aydın oğlu həlak olub.

“Unikal” xəbər verir ki, 56 yaşlı V. Fərhadovun qardaşı Füzuli Fərhadov da 1991-ci ildə Birinci Qarabağ müharibəsində Şuşada şəhid olub.