Erməni separatçılarının mina terroru nəticəsində həlak olan polis əməkdaşları Asim Knyaz oğlu Camalzadə və Ramil Arif oğlu Şirinov Sumqayıtdakı Şəhidər Xiyabanında torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, dəfn mərasimlərində Daxili İşlər Nazirliyinin əməkdaları, Sumqayıt Şəhər İcra Hakimiyyəti rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaylım atəşindən sonra şəhid polislərin nəşi torpağa tapşırılıb.

Ramil Şirinovun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı dayısına, Asim Camalzadənin tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı isə atasına təqdim olunub.

***

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Ramil Şirinov dəfn olunub.

"Unikal" xəbər verir ki, onun cənazəsi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Erməni separatçılarının mina terroru nəticəsində həlak olan polis əməkdaşları Asim Camalzadə və Ramil Şirinovla Sumqayıtda vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, vida mərasimində Daxili İşlər Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edirlər.