Futbol üzrə Türkiyə yığmasına yeni baş məşqçi təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Bildirilir ki, italiyalı məşqçi Vinçenzo Montella Türkiyə milissini baş məşqçisi təyin edilib. İtaliyalı çalışdırıcı futbol federasiyasının rəsmiləri ilə görüşmək üçün Türkiyəyə gəlib.
Qeyd edək ki, son 2 mövsüm "Adana Dəmirspor"da çalışan 49 yaşlı məşqçi daha əvvəl "Roma", "Kataniya", "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya"nı çalışdırıb.