Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçirilib.

"Unikal" xəbər verir ki, baş nazir aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Qarabağ ətrafındakı vəziyyət və gələcək addımlar müzakirə olunub.

İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, respublika prezidenti Vaaqn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan və digər rəsmi şəxslər də iştirak ediblər.