Tədbir üçün İstanbula gələn Ukraynanın ilk "Eurovision" qalibi müğənni Ruslana müharibə zamanı ölkəsinə göstərdiyi dəstəyə görə türk millətinə təşəkkür edib.
"Unikal" xəbər verir ki, müharibə zamanı Türkiyənin verdiyi PUA-ları onlara güc verdiyini vurğulayan müğənni, "Dəhşətli günü xatırlayıram. Səhər saat 05.00 radələrində raketlər evimizin üstündən keçməyə başladı. Hər yer yanırdı, gedəcək yerimiz yox idi. Biz tək qərar verdik. Sığınmayacağıq, müqavimət göstərəcəyik. Raketlərə, tanklara, atəşə qarşı durduq. Köhnə sistemlərimizlə bu insanlara müqavimət göstərirdik. Ayağa qalxdıq. Evimizi qoruduq, dedik, heç yerə getməyəcəyik, bu torpaq bizimdir. Siz bizə sadəcə Bayraktar vermədiniz. Bizə güc qatdınız. Mən edəcəyəm. Ömrümün sonuna qədər türk milləti üçün mübarizə aparacağam", - deyib.
Gülayə Mecid