“Barselona” və baş məşqçi Xavi Hernandez müqavilənin 2025-ci il iyunun 20-dək uzadılması ilə bağlı razılığa gəliblər.
"Unikal" xəbər verir ki, imzalanma proseduru “Camp Nou” ofisində prezident Joan Laportanın iştirakı ilə baş tutub.
Xatırladaq ki, Xavi ötən mövsüm “Barselona”ya 2019-cu ildən bəri ilk liqa çempionluğunu qazandırmışdı. Katalonlar çempionatı ən yaxın izləyicisi üzərində 10 xallıq üstünlüklə başa vurmuşdular.
Həmçinin, Xavinin rəhbərliyi altında klub İspaniya Superkubokunu qazanıb. O, əvvəllər 17 ili əsas komandada olmaqla, 24 ilini “Barselona”da futbolçu kimi keçirib.