"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haqın klubdan transferini tələb etdiyi hücumçu bəlli olub.
"Unikal" xəbər verir ki, Ten Haq "Brayton"un 18 yaşlı frovardı Evan Ferqusonu komandasında istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" irlandiyalı oyunçu üçün 55 milyon avro ödəməyə hazırdır. Lakin "Brayton"un qarşı tərəfdən bu məbləğin iki qatını (100 milyon avro) istəyəcəyi bildirilir.
"Mançester Yunayted" yanvarda futbolçunun transferi üçün təklif irəli sürəcək.
Qeyd edək ki, Ferquson 34 oyuna çıxıb, 14 qol və 4 assistə imza atıb.