Ukraynadakı münaqişə tərəflərindən birinə silah tədarükü döyüşləri uzadır və böhranın həllini heç də yaxınlaşdırmır.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İran İslam Respublikası nə Ukraynada, nə Əfqanıstanda, nə də Suriyada, Yəməndə, Sudanda və s. yerlərdə müharibəni heç bir böhranın həlli yolu hesab etmir. Hesab edirik ki, Ukraynadakı münaqişə, Rusiya ilə Ukrayna arasındakı gərginlik siyasi vasitələrlə və danışıqlar yolu ilə həll edilməlidir”, - deyə bəyanatda bildirilir.