Naftalanda sərxoş sürücü qəza törədib. 

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Naftalan şəhərinin kənar küçələrindən birində baş verib.

Sərxoş vəziyyətdə olan 1994-cü il təvəllüdlü Daşaltı kənd sakini Pənah Məmmədli idarə etdiyi "Mercedes" markalı maşını digər bir "Mercedes" avtomobilinə çırparaq qəza törədib.

Özü də ciddi xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov