Bakıda avtomobil yanıb, xəsarət alan var.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, Qaradağ rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.