"Biz bu tarixi şansdan istifadə etmək istəyirik".

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyada bildirib. 

O, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qranada görüşündə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib: "Biz çox istərdik ki, bu, Qranadada olsun. Əbədi müharibə heç kimə lazım deyil. Biz sülh sazişinin imzalanmasına hazırıq". 

Ağarza Elçinoğlu