Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yunan-Roma güləşi üzrə milli komandanın dünya çempionu olması ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, o, paylaşımında bu sözləri yazıb:
“Belqradda keçirilən güləş üzrə dünya çempionatında millimiz tarixi uğura imza atıb. Yunan-Roma güləşi üzrə iki qızıl və üç gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar. Azərbaycan güləşini zirvələrə aparan, ölkəmizi layiqincə təmsil edən güləşçilərimizə və məşqçi heyətinə təşəkkür edir, təbriklərimizi çatdırır və daimi nailiyyətlər arzulayırıq”.
Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) isə gümüş medala yiyələniblər.
Belqradda keçirilmiş #güləş üzrə dünya çempionatında milli komandamız tarixi uğura imza atıb. Yunan-Roma güləşi üzrə 2 qızıl və 3 gümüş medal qazanan pəhləvanlarımız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olublar. #Azərbaycan güləşini zirvələrə aparan,… pic.twitter.com/hYdW2UHHID
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 25, 2023