Hazırda deputat Qənirə Paşayevanın müalicəsi davam edir.

Bu barədə "Unikal"a açıqlamasında onun əmisi Qəzənfər Paşayev məlumat verib.

O bildirib ki, Qənirə Paşayevanın vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub.  Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.

Murad İbrahimli