"Kölgə iqtisadiyyatının ayrılmaz elementi kimi kölgə submədəniyyəti çıxış edir. Məsələn, kölgə təhsilini deyə bilərik. Kölgə təhsili repetitorluqdur və görünən-görünməyən tərəflərdə orta məktəbi üstələyib".

"Unikal" xəbər verir ki, bunu deputat Etibar Əliyev parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə zamanı deyib.

"Kölgə təhsili təbii rəqabətə çevrilib. Bunun çərçivəsində kölgə rəqabəti yaranır", - deyə deputat vurğulayıb.

E.Əliyev bildirib ki, Bakı Dövlət Universitetinin statistik nəticələri süni şəkildə artırılır və haqsız rəqabətə yol verilir: “Niyə Tətqiqat İnstitunun məqələləri BDU-nun adına yazılmalıdır?"

Anar Kəlbiyev