İraqın Mosul şəhərində şadlıq sarayında baş verən və azı 120 nəfərin ölümü ilə nəticələnən yanğından sonra çəkilən görüntülər fəlakətin miqyasını ortaya qoyub.
"Unikal" xəbər verir ki, Mosul qubernatoru hadisə ilə əlaqədar bir həftəlik matəm elan edildiyini açıqlayıb.
Atəşfəşanlığın səbəb olduğu yanğın zamanı zalda təxminən 1000 nəfərin olduğu bildirilib.
***08:39
İraqın Nineva əyalətində toyda yanğın baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 120 nəfər ölüb, 200-ü isə yaralanıb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.