Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında rayonun  Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ 21015” və  “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.

Nəticədə  “VAZ 21015” markalı avtomobildə olan sərnişin - 1969-cu il təvəllüdlü Mirvari Səfa qızı Abbasova və "VAZ 2109" markalı avtomobilin sürücüsü - 1990-cı il təvəllüdlü İdris Əşrəfəddin oğlu Şabanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Seymur Əli