Lənkəranda intihar hadisəsi baş verib.
"Unikal" APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun dağlıq kənlərindən biri olan Bəliton icra nümayəndəliyinin Horavenc kənd sakini 2012-ci il təvəllüdlü Surət Novruz oğlu Baxşıyev həyətlərindəki mal-qara tövləsində intihar edib.Hələ ki, 11 yaşlı yeniyetmənin həyatına son qoymasına səbəbləri məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Qonşular S.Baxşıyevin deyib-gülən biri və dərslərində fəal olduğunu bildirirlər. Bacısının sözlərinə görə, qardaşı həmişəki kimi məktəbdən gəlib, yeməyini yeyib və velosipedlə harasa gedib. Qayıdıb gələndən sonra bu hadisə baş verib.
Qeyd edək ki, S.Baxşıyev 2 bacının 1 qardaşı idi və evin ortancıl övladı olub.