Şərur RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında rayon sakini Qərib Əhmədovu (ad şərtidir) yaşayış yerindən kənara çay qırağına aparıb güc tətbiq edərək, qollarını bağlayıb küt və kəsici alətlərlə xəsarətlər yetirməklə, şərəf və ləyaqətini alçaldıb video çəkilişini apararaq ağır cinayət törətmiş şəxslər saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, cinayəti törətmiş rayon sakinləri Niftəliyev Elmar Hüseyn oğlu və Seyidov Mirhüseyn Mirəziz oğlunun üzərlərindən odlu silah, küt alət, bıçaq və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində və törətdikləri digər cinayətlərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.