Rusiya Federasiyasının vətəndaşları, “işğal edilmiş” Krımda olan mülki şəxslər yarımadanı dərhal tərk etməlidirlər, çünki döyüşlər başlayanda minlərlə insan eyni vaxtda bunu edə bilməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib.

Onun fikrincə, “adətən xoşagəlməz hər şey qəflətən baş verir” :

"Yarımadada quru döyüşləri başlayanda onlar nə edəcəklər?”, - Vereşçuk ifadə edib. 

O vurğulayıb ki, ətrafda döyüşlər olduğu zaman minlərlə dinc sakin yolları kəsilmiş yarımadanı tez tərk edə bilməyəcək. Ona görə də yarımadada qeyri-qanuni olan ruslara müraciət edirəm. Krımda qalmaq sizin üçün təhlükəlidir. Çıxın gedin!". 

Gülayə Mecid