Danimarkada keçirilən “2023 Kvant Konfransı”nda çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun bu ilin sonuna qədər kvant texnologiyası strategiyası hazırlayacağını açıqlayıb.

"Unikal" xəbər verir ki, Stoltenberq Danimarkanın paytaxtı Kopenhagendə baş nazir Mette Frederiksen ilə birlikdə "2023 Kvant Konfransı"na qatılıb.

Stoltenberq buradakı çıxışında NATO-nun yeni texnologiyalarla ayaqlaşmağa davam etdiyini deyərək, "Dağıdıcı texnologiyaların sürətlə yayılması ilə biz də kvant sahəsi daxil olmaqla yeni texnologiyalara daha çox uyğunlaşmalıyıq" deyə bildirib.

NATO-nun ilin sonuna qədər kvant strategiyası hazırlayacağını bildirən Stoltenberq, NATO-nun imkanlarını doğru texnologiyalarla birləşdirərək texnologiyaların düşməncəsinə istifadəsinə qarşı hazır olacağını bildirib.

Stoltenberq daha sonra Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ilə birlikdə NATO-nun yeni sürətləndirici saytı olan "Deep Tech Lab-Quantum"u açıb.

NATO-dan verilən yazılı açıqlamada, yeni laboratoriyanın NATO-nun “Şimali Atlantika-DIANA üçün Müdafiə İnnovasiya Sürətləndiricisi” adlı sürətləndirici proqramı çərçivəsində kvant dəstəkli həlləri bazara çıxarmaq üçün Alyans daxilində start-uplara imkan verəcək. .