Təbrizdə yanacaqdaşıyan avtomobilin aşması nəticəsində 2 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə İran tereqram kanalları məlumat yayıb.

Tehrandan Təbrizə hərəkət edən yanacaqdaşıyan maşın Təbrizin girişində yoldan çıxaraq “Pride” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlərin ikisi də uşaqdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alan iki yanğınsöndürənə yerində tibbi yardım göstərilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.