Mingəçevirdə  qətl hadisəsini törədən şəxs saxlanıllb

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, S.Məmmədova kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü İsrafilov Ceyhun Sahib oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

xxx

29 Sentyabr, 23:09

Daxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə törədilmiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

"Unikal"ın məlumatına görə, sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi  barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.

*** 22:50

Mingəçevirdə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında şəhərin iri market şəbəkələrindən birinin qarşısında baş verib. Mübahisə zəminində şəhər sakini 32 yaşlı Sönməz Məmmədov bıçaqlanaraq öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov