BMT missiyası həftəsonu Qarabağa səfər edəcək.

“Unikal” xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

“Azərbaycan hökuməti ilə BMT regiona missiya göndərmək barədə razılığa gəlib. Missiyanın səfəri bu həftə sonu baş tutacaq Biz regiona Azərbaycandan hava yolu ilə gələcəyik. Komanda yerindəcə mövcud vəziyyəti qiymətləndirəcək və həm bölgədə qalanların, həm də oranı tərk edənlərin humanitar ehtiyaclarını müəyyən edəcək”, - deyə Düjarrik qeyd edib.