Bu gün axşam saatlarında İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Ağamalıyevə kəsici alətlə xəsarət yetirib onu öldürməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Mirzəzadə Elçin Əfqan oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

20:03

İsmayıllı rayonunda qətl hadisəsi törədilib.

"Unikal"ın məlumatına görə hadisə bu gün axşam saat 19:30 radələrində İsmayıllı şəhərindəki kafelərdən birində qeydə alınıb. Rayon sakini, 1958-ci il təvəllüdlü Ağamalıyev Füzuli Səmid oğlu bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da orada dünyasını dəyişib. Hadisəni törədən şəxsin kimliyi araşdırılır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Şahnəzər Bəşirov