Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.