İtaliyanın Neapol şəhəri yaxınlığında, Fleqrey sahələri kimi tanınan ərazidə 4,0 maqnitudalı zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu bildirib.

Məlumata əsasən, yeraltı təkanların ocağı 3 km dərinlikdə yerləşib. Zəlzələ Neapolun mərkəzində hiss edilib.

Binalara cüzi ziyan dəysə də, xəsarət alan olmayıb.