Naxçıvanda silahlı şəxs saxlanılıb.

"Unikal" lent.az-a istinadən xəbər verir ki, Naxçıvan DİN Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları Hava Limanı ərazisində əməliyyat tədbiri keçiriblər.

Nəticədə Qaraçuq kənd sakini M.Ələkbərovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.