Samuxda 55 yaşlı kişi intihar edib.

"Unikal"ın məlumatına görə, rayonun Çobanabdallı kənd sakini 1968-ci il təvəllüldü Natiq Məmmədovun meyiti kənddə yerləşən mağazanın qarşısında asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. 55 yaşlı kişinin hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov