Çeçenistan prezidenti Ramzan Kadırov RT telekanalının baş redaktoru Marqarita Simonyanın mövqeyini müdafiə edib və onun sözlərinə haqq qazandırıb.
"Unikal"
xəbər verir ki, Çeçenistan rəhbəri onu “istənilən platformada milli maraqları müdafiə edən əsl vətənpərvər” adlandırıb.

Simonyanın Sibirdə “strateji nüvə zərbəsi” ilə bağlı sözlərini izah edən Kadırov deyib ki, “hətta hadisələrin belə xoşagəlməz inkişafı halında Rusiya bütün dünya ilə müqayisədə strateji baxımdan uduzmayacaq”.

Xatırladaq ki, Simonyanın bu sözləri Rusiya ictimaiyyəti arasında böyük səs-küyə səbəb olub. Moskva Şəhər Dumasının deputatlarından birinin keçmiş köməkçisi də erməni qadınla bağlı Rusiya Federasiyası Mərkəzi Komitəsinə və Daxili İşlər Nazirliyinə şikayət edib.