Dubayda keçirilən toy mərasimində təqdim edilən tort görünüşü və qiyməti ilə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, dizayner Debbi Vinqem tərəfindən hazırlanan tortun qiyməti nə az, nə də çox, düz 50 milyon dollardır.  

Uzunluğu 182 sm, çəkisi 120 kiloqram olan tortun bir dilimi 1 milyon dollar dəyərindədir.  Vinqem tortu 10 günə hazırlayıb. Yeməli olanlar arasında bəzək üçün hər biri 200 milyon dollar dəyərində olan mirvari və üç karatlıq real almazdan istifadə edilib.

Qeyd edək ki, Debbi Vinqem bu cür bahalı dizaynlarla müxtəlif tortlar hazırlamaqla tanınan bir rəssamdır.