İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Rövşən Sadıxova ağır itki üz verib. 

"Unikal" xəbər verir ki, keçmiş icra başçısının atası, tanınmış tibb işçisi Oqtay Sadıxov ötən gün dünyasını dəyişib.

O, uzun müddət səhiyyə sistemində müxtəlif vəzifələrdə çalışıb.

Mərhumun digər oğlu Ruslan Sadıxov “Ağ Şəhər Layihəsi”nin icraçı direktorudur.