"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıların həyatına son qoymaqda davam edir. Bu gün Tərtərdə minanın partlaması nəticəsində daha bir mülki şəxs həlak olub".

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yazılıb. 

"44 günlük müharibənin bitməsindən sonra mina qurbanlarının sayı 330-a çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir", - deyə XİN-in bəyanatında deyilir.