Azərbaycanın İsraildəki səfirliyi müraciət yayıb.

"Unikal" xəbər verir ki, müraciətin mətni ölkəmizin İsraildəki səfirliyinin “X” platformasındakı hesabında dərc edilib.

Müraciətdə deyilir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib:

“Bununla əlaqədar olaraq Azərbaycan vətəndaşlarına İsrail daxilində səyahət etməməyi, təhlükəsizlik qaydalarına riayət etməyi, diqqətli olmağı, yerli dövlət qurumları tərəfindən verilən tapşırıqlara uyğun hərəkət etməyi tövsiyə edirik”, - səfirlik qeyd edib.

Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82 qeyd olunub.