Gəncə şəhərində 2 nəfər uşaq mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.