Bakının Heydər Əliyev prospektində, "ASAN Xidmət"in qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.