Vətən müharibəsinə könüllü yollanaraq torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nurəhməd Ulubəyovun xatirə lövhəsinin qarşısında ildönüm mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, şəhidin ildönümündə Diaqnoz Tibb Mərkəzinin Baş Həkimi Ələddin Cabbarov və kollektivi onun doğulub böyüdüyü evin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə əklil qoyublar.

Qeyd edək ki, şəhid Nurəhməd Ulubəyov Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və əks hücum əməliyyatında şəhid olub. Bakının ikinci Fəxri xiyabanında dəfn edildi. Canı bahasına şanlı tariximizi yazan şəhidlərimiz bizə qələbə sevincini yaşadan, qürur mənbəyimiz, baş tacımızdır. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq!