Oktyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə xüsusi əməliyyat zamanı öldürülən “qanuni oğru” Kamçı Asanbek Kolbayevin sərvəti müsadirə olunub. 

"Unikal" Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki,  Qırğızıstanın kəşfiyyat xidməti  (MTN) “Kamça Kolbayevin qızıl tacını” nümayiş  etdirib. 

Qızıl və brilyantdan hazırlanan tacın qiyməti 500 min dollar qiymətləndirilir. Bununla yanaşı, Kolbayevin “cinayətkar imperiyasına” aid olan 1 milyardlıq aktivləri də müsadirə olunub. 

"Kolbayevin, onun qohumlarının və silahdaşlarının 850 ədəd daşınmaz əmlakı var: dəbdəbəli malikanələr, kotteclər, elit klub evləri, tikilməkdə olan binalarda çoxsaylı mənzillər, istirahət mərkəzləri, pansionatlar, restoranlar, torpaq sahələri, tövlələr, ovçuluq sahələri, 60-dan çox dəbdəbəli avtomobil, zərgərlik və s. Təkcə tikilməkdə olan iki layihədə Kolbayev 700-dən çox mənzilə sahib olub və onlar dövlətə keçib",- MTN-nin məlumatında deyilir.  

Gülayə Mecid