Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), ona və ölkədəki tərəfdaşlarına çoxsaylı irimiqyaslı Naqd Pul və Vauçer Yardımı (NPVY) layihələrini etibarlı şəkildə icra etmək imkanı verəcək ölkə səviyyəli Elektron Pul Köçürmə (EPK) sisteminə malik Maliyyə Xidməti Təminatçısı (MXT) ilə əməkdaşlıq etmək niyyətindədir.

Bu barədə "Unikal"a  Azərbaycan Qızıl Aypara Cəmiyyəti Təchizat Şöbəsindən məlumat verilib. 

Bildirilir ki, EPK sistemi iki əsas komponentdən ibarət olmalıdır:

1. Ödəmə vasitəsi (məsələn, öncədən ödənilən kart, mobil pul, e-köçürmə, bank köçürməsi, kassadan ödəniş, adsız bank kartı və s.) AzQAC-ın benefisiarlarına təqdim olunacaq və onlara pulu nağdlaşdırmaqla və yaxud POS-terminalların olduğu yerlərdə və ya digər oxşar üsullarla bu pul yardımlarından istifadə etmək imkanı verməlidir.

2. AzQAC-a ödəmə vasitəsini icra etməyə (məsələn, vəsaitlərin yüklənməsi, ödəmə vasitəsinin aktivləşdirilməsi və de-aktivasiyası, balansın öyrənilməsi və s.), məlumatların idarə olunmasını asanlaşdırmağa və proqramların monitorinqi və ödəmələrini, çoxsaylı hesabatların hazırlanmasına imkan verəcək elektron idarəetmə platformasını yaratmaq məqsədini daşıyır (EİP).

Ümumilikdə, EPK sistemi aşağıdakılara imkan verməli və istifadə olunmalıdır:

Sürətlilik – fövqəladə hadisə baş verdikdən dərhal sonra (24-72 saat ərzində) sürətli şəkildə aktivləşdirilə bilən və benefisiarlara paylana bilən ödəmə vasitəsi və EİP.

Miqyasın genişləndirilməsi imkanı – ölkə səviyyəsində sürətli şəkildə genişləndirilə bilən (məsələn, 1000 benefisiardan 50 min benefisiara) ödəmə vasitəsi və EİP.

Etibarlılıq və təhlükəsizlik – avtomatlaşdırılmış nəzarət tədbirləri və daxili çəkindirmə və tarazlaşdırma vasitələrindən istifadə etməklə, vəsaitlərin benefisiarlara təhlükəsiz və etibarlı şəkildə köçürülməsini asanlaşdıran və dələduzluq və yaxud sui-istifadə riskini azaldan ödəmə vasitəsi və EİP.

Çeviklik - AzQAC-ın əməletmə və əməliyyatla bağlı ehtiyaclarının təmin edilə bilməsi üçün zərurət olduqda fərdiləşdirməyə (məsələn, AzQAC üçün əlavə məlumat xanalarının əlavə edilməsi, müxtəlif pul yardımı məbləğlərinin yüklənməsi, dilin uyğunlaşdırılması və s.) imkan verən ödəmə vasitəsi və EİP.

AzQAC qalib gələn nəmizəd ilə uzunmüddətli biznes tərəfdaşlığı (2-4 il müddətinə) qurmaq niyyətindədir.

Qalib nəmizəd ilə ilkin müqavilə ən azı 2 ili əhatə edəcək və REPK sisteminin qənaətbəxş fəaliyyəti, qalib iddiaçının keyfiyyətli müştəri xidmətinin davamlılığı və REPK-in AzQAC-ın cavab tədbirləri üçün uyğunluğunun davam etməsi əsasında, daha 2 il uzadıla bilər.

İddiaçı göstərilən tələblərə tam cavab verməyən, lakin AzQAC-ın nağd pul yardımı proqramının çatdırılma mexanizmlərinə dəstək olacağını düşündüyü məhsul və yaxud xidməti təklif edə bilər.

Bununla belə, nəzərə almağınız xahiş olunur ki, belə bir təklifin qiymətləndirilməsi üçün nəzərdən keçirilməsi AzQAC-ın fərdi mülahizəsinə əsaslanır.

Tender iştirakçısı təklifin hazırlanması və təqdim edilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürür və tender prosesinin gedişindən və ya nəticəsindən asılı olmayaraq, AzQAC heç bir halda bu xərclərə görə məsuliyyət daşımır.

Məlumat sorğuları yalnız 16 Noyabr 2023-cü il tarixinə, Bakı vaxtı ilə saat 17 :00 -ə qədər qəbul edilir.

Məlumat sorğuları [email protected][email protected]poçt ünvanlarına qəbul edilir.