Yevlax şəhərinin Nəmirli kəndində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli, 2 otaqlı evin (daşıyıcı divarları saman və doldurma palçıqdan ibarət) yanar konstruksiyaları yanıb.

"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.