Qərb bölgəsində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən "Unikal"a məlumata görə, Gəncə şəhəri, Şəmkir və Goranboy rayonlarının bəzi yerlərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr artıq aradan qaldırılıb. Elektrik enerjisinin verilişi bərpa olunub.
*** 22:42
Gəncə şəhəri, Şəmkir və Goranboy rayonlarının bəzi yerlərində güclü külək səbəbindən elektrik enerjisinin verilişində yaranan fasilələr aradan qaldırılır.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda Gəncə şəhərinin bir küçəsində, Goranboy rayonunun isə iki kəndində ağac aşması nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilələr yaxın saatlarda aradan qaldırılacaq.