Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, yüksək temperaturdan mətbəx mebeli 5 p.m və 1 ədəd soyuducu qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.